Girişə nəzarət sistemi (və ya Girişə nəzarət və idarəetmə sistemi) obyektin bütün ərazisinə və ya ayrıca məkana girişi məhdudlaşdırmağa, eləcə də əməkdaşların iş vaxtının uçotunu aparmağa imkan yaradan proqram-aparat təminatıdır. VİP kabinet, server otağı, anbar, istehsalat məkanları, laboratoriyalar və s. sərbəst giriş üçün bağlı ola bilər. Bir çox hallarda GNS (GNİS) videomüşahidə sistemivə yanğının qarşısının alınma sistemiilə birlikdə, ofisin vahid təhlükəsizlik sisteminin tərkib hissəsi kimi istifadə olunur. Lakin GNS ayrı-ayrılıqda da istifadə edilə bilər.
Terminin geniş anlamında, girişə nəzarət sistemlərinəşlaqbaumlar, turniketlər, şlüz kabinələri, avtomatik qapılar, metal detektorları, maneəli qapı qurğuları və s. aid edilir. DETECT şirkəti istənilən mürəkkəblikdə olan girişə nəzarət və idarəetmə sistemlərinin  dövlət və kommersiya obyektlərinin bütün tiplərində quraşdırılması işlərini yerinə yetirir.

     Girişə nəzarət və idarəetmə sistemlərinin (GNS, GNİS) növləri
  Daxili girişə nəzarət sistemləri:

– kilidlərdən

Kilidlər adətən üç tipə ayrılır: elektrocəftələr, elektromaqnit kilidləri və elektromexaniki kilidlər. Son zamanlar elektrocəftələrdən az istifadə olunur, çünki onlar o qədər də təhlükəsiz deyil. Kilidlər müəssisənin giriş və daxili qapılarına quraşdırılır.

 

– identifikatorlardan

İdentifikatorlar, adından da göründüyü kimi, sahibini identifikasiya etməyə şərait yaradan kodu saxlayırlar.Identifikatorlar breloklar, nişanlar, kartlar şəklində istehsal olunurlar.İ stifadəsinin rahatlığı və yüksək təhlükəsizlik baxımından ən çox istifadə olunanı kontaktsız kartlardır (proximity card). Kodun saxlanması üçün şifrələnmiş sahəyə malik smart-kartlar və ziyarətçinin kimliyini müəyyənləşdirmək üçün onun biometrik əlamətlərindən –gözün torlu qişasından, əl izlərindən, üzünün geometriyasından istifadən edən biometrik identifkasiya sistemləri daha yüksək mühafizə səviyyəsinə malikdirlər.Həmçinin, kifayət qədər etibarlı identifikator qismində kodu xüsusi klaviaturada daxil etmə metodu çıxış edir. Ofisin xüsusi məxfi sahələrinə giriş üçün kombinə edilmiş sistemlərdən istifadə edilə bilər.

– hesablayıcılardan

Hesablayıcılar qəbuledici və ötürücü rolu oynayırlar. İdentifikatorun kodunu hesablayaraq onu kontrollerə ötürürlər. Hesablayıcılar qapının xarici tərəfində yerləşdirilir, buna görə də bəzi hallarda mümkün iqlim gərginliklərini və vandalizm təhlükələrini nəzərə almaq lazımdır. Xüsusilə belə hallar üçün polad korpuslu antivandal hesablayıcıları istifadəyə buraxılır.

– kontrollerlərdən

Kontroller sistemin “düşünən” hissəsidir, məhz o, identifikator sahibini “tanıyır”.  Kontrollerin yaddaşında bütün kodlar, eləcə də bu və ya digər ziyarətçiyə verilmiş giriş hüquqları saxlanılır. Kontroller hesablayıcı tərəfindən göndərilmiş informasiyanı məlumatlar bazası ilə müqayisə edərək, insanın konkret məkana buraxılıb-buraxılmamasına qərar verir. Kodların kontrollerə yüklənməsi kifayət qədər sadə və rahatüsullamaster-kart (“açar-masteri”) vasitəsilə yerinə yetirilir.

Close Menu