İT Autsorsinq –informasiya sisteminin qurulması və idarə olunması üzrə işlərin kənar təşkilata həvalə olunmasıdır.

Bizim şirkətimiz avadanlığın təmin edilməsindən və IT infrastrukturun qurulmasından başlayaraq, informasiya sisteminin bütövlükdə və ya onun müşayiəti və inkişafı proseslərinə cavabdeh olan hissəsilərinin idarə edilməsi ilə məşğul olur. Bununla da, sifarişçinin informasiya sisteminin xidməti və müşayiəti üzrə kompleks xidmətlərini göstərməklə, sizin vaxtınıza qənaət etməyə kömək edir. Bizim xidmətlərimiz sizə şəxsi IT mütəxəssislərinin komandasının saxlanılması üçün olan xərcləri azaltmağa icazə verir.

Müasir dövrdə şirkətin İT infrastrukturu onun maddi-texniki bazasının əsas amilinə çevrilməkdədir, şirkətlərin biznes proseslərinin əksəriyyəti informasiya və kommunikasiya texnologiyalarının tətbiqindən asılıdır. Bəzi hallarda biznes qurumları İT infrastrukturunu daxili insan resursları çərçivəsində idarə və inkişaf etdirməyə çalışır, bu qurumu onun insan resurslarının bilik səviyyəsindən asılı edir. Adətən kiçik və orta biznes qurumlarının İT sahəsində olan insan resursları aşağı və orta biliklərə malik mütəxəssislərdən ibarət olduğundan şirkətin İT sahəsində inkişafını qənaətbəxş təmin edə bilmir. Kiçik və orta biznesin yüksək inkişafını təmin edilməsi üçün xarici şirkətlər İT infrastrukturunun qurulması, idarə edilməsi və inkişafını digər şirkətlərə həvalə edir.

İT Autsoursinq sahəsində xidmət müqaviləsi çərçivəsində aşağıdaki  xidmətləri göstəririk:

  • Şəbəkə infrastrukturunun qurulması və inkişaf etdirilməsi
  • İnformasiya təhlükəsizliyi yüksək səviyyədə qorunması
  • İT infrastrukturunun monitorinqi və idarə edilməsi
Close Menu