Struktur kabellər kompüter sistemlərinin sürətli, sağlam və problemsiz fəaliyyətində böyük əhəmiyyətə malikdir.Çox vaxt kabelləşməyə olduqca diqqət yetirilmədiyi üçün, sağlam olmayan şəbəkə kabellərinə  görə ciddi problemlərə rast gəlinir.Əsasən sürət yavaşlığı və əlaqənin kəsilməsi kimi problemlərin bir çoxu mühəndislik formatlarına uyğun gəlməyən kabelləşmə sistemlərinə görə olur.

Kabelin infrastrukturu başlanğıcdan yaxşı  qurulmalıdır və il ərzində problemsiz şəkildə işləyən cihazlar və infrastrukturlarla dəstəklənməlidir. Məlumat kabelləri ətraf mühitə uyğun olaraq UTP (Unshielded Twisted Pair), STP (Shielded Twisted Pair) ya da Fiber Optik olaraq seçilməlidir.

LAN – Local Area Network (yerli sahə şəbəkəsi)

Kompüterlər arasında şəbəkə ilk olaraq kabel vasitəsi ilə quraşdırılmışdır. Bu üsuldan əsasən inzibati binanın daxilində LKŞ-in yaradılması üçün istifadə olunur. Kabel vasitəsi ilə
inzibati binadan maksimum 500 metr məsəfadə yerləşən obyeklər arasında da LKŞ qurmaq mümkündür. LKŞ qurmaq üçün  CAT5, CAT6 və CAT7 kateqoriyalarına aid kabellərdən istifadə olunur. Bu kateqoriyalara aid kabellər bir-birindən informasiyanı ötürmə sürətinə, dəyərinə və istifadə olunan avadanlıqlara görə fərqlənirlər. Azərbaycan Respublikası ərazisində ən çox CAT5 və CAT6 kateqoriyalarına aid kabellərdən istifadə olunur. Bu kateqoriyadan olan kabellər əsasında qurulmuş LKŞ informasiyanın 100 Meqabit/saniyədən 1000 Meqabit/saniyəyədək sürətlə ötürülməsini təmin edir.

WLAN– Wireless Local Area Network (simsiz yerli sahə şəbəkəsi)

Simsiz rabitədən əsasən inzibati bina daxilində yerləşən  az sayda kompüter və fərqli coğrafi məkanlarda yerləşən filiallar arasında  lokal şəbəkənin yaradılması üçün istifadə olunur. Simsiz rabitə vasitəsi ilə inzibati binadan 60 kilometr məsəfadə yerləşən filial və obyeklər arasındada LKŞ qurmaq mümkündür. Simsiz rabitə əsasında LKŞ-in qurulması, kabel və fiberoptik lif əsasında qurulmuş şəbəkələrə nəzərən dah  tez və ucuz başa gəlir. Əsas mənfi xüsusiyyəti məsafə artdıqca informasiyanı ötürmə sürətinin aşağı düşməsidir. Kiçik məsafələrdə maksimal sürət 108 Meqabit/saniyədir.

Fiber-optik rabitə

Fiber-optik şəbəkə – informasiyanın çox uzun məsafalərə son dərəcə yüksək sürətlə ötürülməsini təmin edir. Bu tip rabitə sayəsində saniyədə terabitlərlə informasiya ötürmək mümkündür. Fiber-optik rabitədən əsəsən müxtəlif səviyyəli (qitələr arası magistral xətlərdən başlayaraq sadə kompüter şəbəkələrinədək) telekommunikasiya şəbəkələrinin yaradılması üçün istifadə olunur.

Close Menu