Müəssisələrin kommunikasiya ehtiyaclarını qarşılamaq üçün daxili mini ATS çox vacibdir.Şəhər nömrələrinin çatışmazlığı və təşkilata daxil olan zənglərin emalı ilə bağlı bir sıra problemləri həll etməyə və müştəri xidmətlərini təkmilləşdirməyə imkan yaradır. Müasir Mini ATS-lərin sayəsində dünyanın istənilən ölkəsində yaşayan müştərilərlə təcili əlaqə yaratmaq üçün tam funksional “Çağrı Mərkəzi” yaratmaq mümkündür. Ofis ATS -i həmçinin təşkilatın əməkdaşları arasında etibarlı daxili kommunikasiyanı təmin edir.

Mini ATS quraşdırmazdan əvvəl bəzi məsələlərə diqqət edilməlidir. Quraşdırmaya diqqət edilmədikdə və ya göz ardı edildikdə gələcəkdə kommunikasiya əlaqələrində problemlərə gətirib çıxara bilər. Bunun üçün mini ATS quraşdırılması və montajını texniki servislərə və ya təcrübəli mütəxəssislərə həvalə edilməsini məsləhət görürük. ATS quraşdırmazdan əvvəl onun yeri təyin edilməlidir. ATS-in yeri birbaşa günəş işığı, nəm və rütubətdən və yüksək gərginlikli və maqnit sahələrindən uzaq olmalıdır.Müəssisələrdə bir sistem otağı varsa, mini ATS quraşdırılması bu sahədə aparılmalıdır. Mini ATS montajı  döşəməyə yaxın bir  yerdə olacaqsa sonrakı müdaxiləyə baxmayaraq yerdən müəyyən bir yüksəklikdə (ən azı 1metr) quraşdırılmalıdır.

DETECT şirkəti mini ATS-lərin sərfəli qiymətlərlə satışı ilə də məşğuldur.

Close Menu