Server qurulması

Server – böyük həcmdə informasiyanın emalı üçün nəzərdə tutulmuş və sutka boyu xüsusi informasiya xidmətlərinin fasiləsiz işini təmin edən xüsusi kompüterdir. Server- istifadəçilərin İNTERNET şəbəkəsinə çıxışının təmin olunması və idarə edilməsi, elektron məktubların göndərilməsi və qabul edilməsi, məlumatların saxlanılması və onlardan istifadə qaydalarının müəyyən edilməsi kimi işləri yerinə yetirir.

Bizim server qurğularımız müştərilərin ehtiyaclarına uyğun olaraq konfiqurasiya edilir. Şirkətin öz daxili serverinin olması və bu server üzərində  müxtəlif proqramların istifadəsi bir çox üstünlük təmin edir. Server üzərindəki bu üstünlükləri  aşağıdakı kimi sıralamaq olar. Bu proqramlar tək bir serverdə quraşdırıla bildiyi kimi birdən çox serverə də müxtəlif tətbiqlər quraşdırıla bilər.

  Web Server

  Mail Server

  DataBase Server

  Domain Controller

  File Server

  Proxy Server

  FTP server

Web Server: İstifadəçilərin var olan veb səhifələrini internet üzərində görünməsi üçün qurulan sistemdir.Bu sistem sayəsində istifadəçilərimiz başqa bir şirkətdən Veb səhifə hosting xidməti almaq məcburiyyətində qalmayıb, əlavə bir qazanc əldə etmiş olurlar.

 Mail Server: Müştərilərimizin istifadə etdikləri  e-poçt ünvanlarını  öz serverlərində  yerləşdirmək üçün tətbiq olunan sistemdir. Bu sistem  sayəsində müştərilərimiz kənardan ,başqa bir şirkətdən e-poçt hosting xidməti almaq məcburiyyətində qalmayıb əlavə bir qazanc əldə etdiyi  kimi,  e-poçt sayını da məhdudlaşdırmırlar.

DataBase Server : İstifadə edilən və məlumatların saxlanılması sistemine ehtiyac duyulan bir proqramın məlumatların saxlanılması məqsədi ilə qurulacaq sistemdir. Məlumatların təhlükəsizliyi və işləmə sürətinə görə mütləq qurulmalı olan bir sistemdir.

Domain Controller: Şəbəkədə olan istifadəçilərin  bir mərkəzdən nəzarət  və  idarə edilməsi üçün  qurulan bir sistemdir . Istifadəçilərin sayının çox olduğu sistemlər üzərində nəzarətin bir nöqtədən asanlıqla idarə edilməsi  çox vacibdir.

File Server: Böyük həcmdə yaddaşa malik və fayl əməliyyatlarının (faylların yazılmazı/oxunması) icrası üçün optimallaşdırılmış xüsusi kompüterdir. Fayl Serverin əsas təyinatı istənilən formatda olan  (doc, xls, mp3, jpg, pdf və s.) faylları saxlamaq və onların təhlükəsizliyini təmin etməkdir.  Fayl server istifadəçilər arasında fayl paylaşımını idarə etmək üçün bir sistemdir.İri şəbəkələrdə fayl server xüsusi “şəbəkə əməliyyat sistemi ”  vasitəsi ilə idarə olunur.

Proxy Server: Şəbəkədəki kompüterlərin internetə çıxışını təmin etmək, veb səhifələrə baxma vaxtını sürətləndirmək və istənilən saytlara giriş icazəsini və qadağanı vermək üçün istifadə edilən sistemdir.

İstifadəçilərin özlərinin yaratdıqları faylları ya da onlara gələcək olan faylları internet üzərindən göndərib-almağı təmin edən sistemdir. Bu sistem sayəsində internet üzərində fərqli yükləmə-göndərmə (download-upload) saytlarından istifadə etməyə ehtiyac yoxdur.

Close Menu